Namaz qılarkən oğurluq etdi - Azərbaycanda şok hadisə +Video

Namaz qılarkən oğurluq etdi - Azərbaycanda şok hadisə +Video
Hadisə 1087

Əslən Ağdam rayonundan olan 61 yaşlı Yaşar Kərimovun etdiyi oğurluq hadisəsinin üstü açılıb.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, səhər saatlarında Xırdalan şəhərində yerləşən Cümə məscidinə gedən Yaşar Kərimov, yolda onunla ibadətə gedən İlham Məmmədovla rastlaşıb.

Məscidə getdikdən sonra isə, Kərimov onun gödəkcəsinin cibindən 3500 AZN pulu götürərək, oranı tərk edib.

Oğurluğun səbəbini isə belə açıqlayıb: "2 il bundan əvvəl ürəyimdən əməliyyat olundum. Bir dənə yoldaş var, qohum idi. O mənə borc pul verdi. Sonra bu adam borcunu istədikdə, mən məsciddə namaz qılırdım. Gödəkcəmi asanda, gördüm vətəndaşın cibində pul var. Götürüb aparıb borcumu verdim”.

Hadisədən dərhal sonra, zərərçəkən İlham Məmmədov Abşeron polis idarəsinə müraciət edib. Məsciddə araşdırmalar aparan əməliyyatçılar orada olan müşahidə kameralarına baxış keçiriblər. Aydın olub ki, oğurluğu törədən Yaşar Kərimovdur.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS 

Son xəbərlər