Naftalanda xeyli silah-sursat könüllü polisə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Naftalanda vətəndaş silah-sursatı könüllü polisə təqdim edib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsindən bir nəfər şəhər sakini bir neçə il bundan əvvəl tapdığı silah-sursatı könüllü olaraq polisə təqdim edib.
Baxış zamanı vətəndaşdan 4 ədəd "F1" əl qumbarası, 492 ədəd 7.62 mm-lik və 320 ədəd 5.45 mm-lik avtomat patronu, 14 ədəd müxtəlif silahlara məxsus patron darağı və 1 ədəd odlu silah aşkarlanıb. Sözügedən silah-sursat müvafiq ekspertizaya təqdim olunub, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda silahlı şəxslər tutulub - VİDEO
Abşeron rayonundan keçmiş məhkumlardan tapança və avtomatlar götürülüb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirlib ki, Abşeron Ra...