Müəmmalı səs indi də Günəşlidən eşidilir (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Bakı ətrafında, xüsusilə də Badamdar qəsəbəsində vətəndaşları narahat edən müəmmalı uğultu bu dəfə Yeni Günəşli qəsəbəsində insanların narahatlığına səbəb olub.
BAKU.WS bizimyol.info-ya istinadən eyni məsələ ilə bağlı qəsəbə sakinlərinin gecə saatlarında qeyd elədiyi səs yazısını təqdim edir.
Bir az külək duyulsa da, səslərdə kənar uğultuların olduğu aydın bilinir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi başda olmaqla heç bir rəsmi instansiya sözügedən müəmmalı səslə bağlı dəqiq açıqlama vermir, vətəndaşlar isə narahatdırlar.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda müəmmalı gurultu səsi eşidildi: Binalar silkələndi
Bu gün saat 12:00 radələrində Bakının Səbayıl və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib. BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki,...