Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr (FOTO)

Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr (FOTO)
Hadisə 16249

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.

BAKU.WS-in məlumatına görə, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrimizin şəxsi heyəti adından təbrik edilib. Sonra Qələbənin 71-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.

Təşkilatın sədri istefada olan general-mayor Dadaş Rzayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. 

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

BAKU.WS

Oxşar xəbərlər

Zakir Həsənovdan cəbhədə döyüş əmri: Tapşırıqlar dəqiqliklə yerinə yetirilsin

Zakir Həsənovdan cəbhədə döyüş əmri: Tapşırıqlar dəqiqliklə yerinə yetirilsin

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı...

2882 Siyasət 22:19 27 aprel 2016

Son xəbərlər