Zakir Həsənov cəbhə bölgəsində mobil səhra hospitalında (FOTO)

Zakir Həsənov cəbhə bölgəsində mobil səhra hospitalında (FOTO)
Siyasət 1759

 

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüb.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.

Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

BAKU.WS

Oxşar xəbərlər

Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - FOTO

Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Nazirl...

1836 Siyasət 19:16 26 aprel 2016

Son xəbərlər