Müalicə gözləyən xəstələrin pulunu oğurlayan şəxs saxlanılıb
02
sen
2025
15:36
Müalicə üçün yardım gözləyən xəstələrin pulunu mənimsəyən şəxs polis əməkdaşları tərəfindən Hacıqabulda tutulub.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs sosial şəbəkələrdə "xəstələrə yardım" adı ilə paylaşılan bank kartlarının məlumatlarını ələ keçirərək 20 nəfərin hesabından ümumilikdə 10 min manatdan artıq pul oğurlayıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlum...