İmtahanda az bal topladı: Özünü 15-ci mərtəbədən atdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadə xəbər verir ki, 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
DİM: "5 şagird və 1 müəllimdə telefon, 1 nəfərdə "ağıllı" saat aşkarlanıb"
Martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux,...