Mövlud Süleymanlı süni tənəffüs aparatına qoşulub
19
fev
2024
12:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən həftə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub.
BAKU.WS xəbər verir ki, bu barədə xəstəxananın mətbuat katibi Ruzbeh Məmməd qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, hazırda yazıçı huşsuz vəziyyətdədir:
“Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”.
Qeyd edək ki, M. Süleymanlı insult keçirib, beyninə qan sızıb. O, fevralın 15-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Oxşar xəbərlər
Azərbaycanın Xalq yazıçısı insult keçirdi: Reanimasiyadadır
Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib. Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, yazıçın...