Moskvada azərbaycanlının qətlində şübhəli bilinən çeçen həbs olundu
22
fev
2019
08:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Kuzminski rayon məhkəməsi azərbaycanlı taksi sürücüsünün qətlində şübhəli bilinən Çeçen mənşəli Lors Xamiyevi iki ay müddətinə həbs edib.“Report” xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Karina Kalenovaya istinadən TASS məlumat yayıb.Qətl hadisəsi fevralın 15-i, gecə, Moskvanın Səmərqənd bulvarında baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Qərib Orucov odlu silahdan açılan atəş nəticəsində ölüb. Cinayət işi ilə bağlı Xamiyevdən başqa, daha 4 nəfər saxlanılıb. Onlardan biri həbs olunub, digərlərinin saxlanma müddəti uzadılıb."Moskovski komsomolets" yazır ki, Q.Orucovun qətli "Neolit" kafesində çeçenlər və azərbaycanlılar arasında kütləvi dava ilə əlaqəli ola bilər. Orucov sonradan münaqişənin başlamasına səbəb olan çeçeni təhqir edənlərdən biri olub.Lors Xamiyev 2009-cu ildə Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsdə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O və cinayət ortaqları 2007-ci ilin mayında Moskvada minalanmış avtomobili partladaraq Kadırovu öldürmək istəyiblər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada (FOTO)
Azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmadan sonra Moskvadakı "Prezident" oteldə Azərbaycan və Çeçenistan rəsmilərinin görüşü baş tutub. BAKU.WS...