Moskva olimpiadasının qalibi vəfat edib

Moskva olimpiadasının qalibi vəfat edib
Hadisə 71

Tanınmış keçmiş SSRİ voleybolçusu Oleq Moliboqa 70 yaşında vəfat edib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, SSRİ-nin Əməkdar idman ustası və Rusiyanın Əməkdar məşqçisi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Oleq Moliboqa 1952-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub, voleybol üzrə yerli “Avtomobilist”, “Dinamo” (Leninqrad), MOİK (Moskva) klublarında çıxış edib. Yeddiqat SSRİ çempionu, üçqat Avropa Çempionlar Kubokunun sahibi olub. O, keçmiş SSRİ yığmasının tərkibində 1980-ci ildə Moskva Yay Olimpiya Oyunlarının qalibi adını, 1976-cı ildə Monreal olimpiadasının gümüş mükafatını qazanıb.

Moliboqa həmçinin ikiqat dünya, dördqat Avropa çempionu idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tofiq Babanlı vəfat etdi

Tofiq Babanlı vəfat etdi

Gənclər və İdman Nazirliyinin sabiq əməkdaşı Tofiq Babanlı vəfat edib. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Prezidentin fərdi təqaüdç...

364 Hadisə 10:28 10 yanvar 2022

Son xəbərlər