Azərbaycanlı olimpiya çempionu vəfat etdi - FOTO

Azərbaycanlı olimpiya çempionu vəfat etdi - FOTO
Hadisə 1423

Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, Lantratova 74 yaşında dünyasını dəyişib.

Keçmiş idmançının ölüm səbəbi barədə məlumat verilməyib.

Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız "Neftçi" komandasında çıxış edib. Lantratova "ağ-qaralar"ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarının bürünc mükafatçısı olub. 1967-ci ildə isə o, Azərbaycan SSR yığmasının tərkibində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medalını qazanıb.

Qeyd edək ki, Vera Lantratova 1968-ci ildə SSRİ yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. O, 1967-ci il Avropa və 1970-ci il dünya çempionatında qızıl medal qazanıb.

Azərbaycanlı olimpiya çempionu vəfat etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər