Moskva-Gəncə aviareysinin gecikmə səbəbi açıqlandı

Moskva-Gəncə aviareysinin gecikmə səbəbi açıqlandı
Hadisə 75

Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus U6 2411 Moskva-Gəncə və U6 2412 Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.

BAKU.WS report-a istinadən xəbər verir ki, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.

Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.

Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.

Oxşar xəbərlər

Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var

Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var

Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu...

18 Hadisə 08:04 04 yanvar 2026

Son xəbərlər