Moskva-Bakı marşrutu üzrə reys hava limanında qalıb
"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Moskva-Bakı istiqamətində nəzərdə tutulan aviareys artıq bir gündür ki, havaya qalxa bilmir.
BAKU.WS bu barədə "Shot" Telegram kanalına istinadən məlumat yayıb.
Bildirilir ki, uçuş vaxtı dəfələrlə dəyişdirildiyindən sərnişinlər "Vnukovo" hava limanında demək olar ki, 24 saata yaxındır gözləmək məcburiyyətində qalıblar.
Məlumata əsasən, reysin yola düşməsi gün ərzində altı dəfə təxirə salınıb.
AZAL-ın Mətbuat Xidməti məsələ ilə bağlı Oxu.az-a bildirilib ki, uçuşun baş tutmamasına səbəb Moskva şəhəri üzərində hava məkanının bağlanmasıdır.
Oxşar xəbərlər
Ucardakı qəzada həlak olan müəllimin - Fotosu
Xəbər verdiyimiz kimi, Ucarın Qazıqumlaq kəndi ərazisində "Mercedes" markalı minik maşınının su kanalına aşması nəticəsində Coşqun Məmmədov hadisə yerində həlak...