MN-də vəzifə alan 37 yaşlı general məşhurun oğlu imiş

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
Oxu.Az xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.
General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə "general-mayor" ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Daha sonra sabiq icra başçısı Prezident Administrasiyasında Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Ərinə 11 bıçaq zərbəsi vuran qadın HƏBS EDİLDİ
Bakının Nizami rayonunda kirayə yaşadıqları mənzildə Aynur Həsənova (soyadı şərtidir) ərini qısqanclıq və ailə mübahisəsi zəminində bıçaqla vurub. BAKU.WS-in mə...
