Məktəbdə gözyaşardıcı qazdan istifadə edən şagird və atasını polis saxladı – VİDEO
Ötən gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.
BAKU.WS xəbər verir ki, bununla bağlı İTV-nin əməkdaşları hadisə yerində olub. Məktəbin direktor müavini kanal əməkdaşına bildirib ki, hadisə ilə əlaqədar uşaq və onun atası saxlanılıb.
“Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib”, - deyə məktəb nümayəndəsi bildirib.
Qeyd edək ki, məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Daha ətraflı videodan izləyə bilərsiz.
BAKU.WSOxşar xəbərlər
Şagirdin gözyaşardıcı qaz buraxdığı məktəbdə son vəziyyət (VİDEO)
Suraxanı rayonu 76 nömrəli orta məktəbin şagirdlərindənbiri məktəbə gözyaşardıcı qaz buraxıb. Hadisə tənəffüs vaxtıdəhlizdə baş verib. Digər şagirdlər də gözyaş...