Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb

10
yan
2019
22:34
Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Şəmkirdə bıçaqlanan iki qardaşdan biri öldü
Şəmkir rayonunda bıçaqlanan iki qardaşdan biri ölüb.BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.Belə ki, 1990-cı il tə...