Əməkdar artist yüksək vəzifəli məmurun şantajına məruz qalıb - VİDEO
24
may
2018
10:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Mehriban Xanlarova təhdid və şantajlara məruz qalıb. BAKU.WS-in məlumatına görə, 51 yaşlı aktrisa yüksək vəzifəli məmur tərəfindən təhdid olunduğunu Space TV-nin "Onda başladıq" verilişində bəyan edib: "Məni Azərbaycan sürgün etməklə, fəxri adımı əlimdən almaqla, efirlərə qadağa qoymaqla və digər məsələlərlə hədələyirlər. Bir sözlə, pambıqla başımı kəsmək istəyirlər. Bütün bunlar mənim əlimdə yazılı şəkildə faktlarla var. Bir hədə artıq həyata keçiriblər. Prezident təqaüdüm kəsilib. Bir artıq Mədəniyyət nazirimiz Əbilfəz Qarayevə ərizə və teleqramla müraciət etmişəm.Mənə bu gün məlumat verildi ki, şikayətimə hələ 1 aydan sonra baxılacaq. Əgər mənim həyatıma təhlükə varsa, dərdimi kimə deməliyəm? Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Mehriban Xanlarova süni mayalanma ilə ana olacaq
Əməkdar artist Mehriban Xanlarova ana olmaq istəyir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, aktrisa bu haqda “Bizimləsən” proqramında deyib.Verilişin aparıc...