İmişlidə yanğın zamanı 5 polis əməkdaşı zəhərlənib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, iyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib.
Yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb.Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir.Yanğının başvermə səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı SON XƏBƏR – VİDEO (YENİLƏNİB - 5)
Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.Bu barədə...