İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb
İmişlidə qanunsuz olaraq ov edən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı axşam saatlarında Araz çayının rayonun Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini E.Hacıyev saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Hacıqabul sakinlərində qanunsuz silah aşkarlanıb - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qa...