İmişlidə evə atəş açılıb - Saxlanılan var
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.
Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...