Mirzə Xəzər dünyasını dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, jurnalistin ölümü haqda “Azadlıq qəzeti”nin Facebook səhifəsində yazılıb.Qeyd edək ki, Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) 1947-ci ildə Göyçay rayonunda doğulub.
O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb.
1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır.
Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva dünyasını dəyişib. BAKU.WS "report"a istinadən xəbər verir ki, E.Əliyeva 89 yaşında vəfat edib. E.Əliyeva...