Mirmahmud Fəttayevin nəvəsinin ölümünün TƏFƏRRÜATI BİLİNDİ

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün TƏFƏRRÜATI BİLİNDİ
Hadisə 692

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatı məlum olub.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev açıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

"Kim nə yazıb bilmirəm, hadisə qəfil, bir anın içində baş verib. Müşfiq bibisi oğlunun avtomobilində olub, ikincinin bacısını kursdan götürməyə gedirlərmiş. İşıqforda maşın dayananda bibisi oğlu onu səsləyib. Səs gəlməyəndə baxıb ki, Müşfiq özündə deyil. Maşını kənara çəkib saxlayıb, nə qədər süni nəfəs veriblər, nəticəsi olmayıb. Tez uşağın atasına zəng ediblər. Aparıblar xəstəxanaya, həkimlər onu 27 dəqiqə həyata qaytarmağa çalışıblar, amma mümkün olmayıb".

Mirfəyyaz Fəttayev Müşfiq Fəttayevin səhhətində heç bir problem olmadığını əlavə edib:

"Bu günə kimi onun bir yeri belə ağrımayıb, idmançı idi, sapsağlam".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Müşfiq Fəttayev qəfildən dünyasını dəyişib. Müşfiq Fəttayev Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Fəttayevin nəvəsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

89 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər