Mingəçevirdə velosipedçini maşın vurub

Mingəçevirdə velosipedçini maşın vurub
Hadisə 90

Mingəçevirdə velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

“VAZ 21015” markalı minik maşını hərəkətdə olan velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. Kimliyi hələlik müəyyənləşdirilməmiş, təxminən 50-55 yaşlı xəsarət alan kişi ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər