Mingəçevirdə məktəbdə olay: 10-na yaxın şagird xəstəxanaya çatdırıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə 1400-ə yaxın şagirdin təhsil aldığı Mehdi Hüseynzadə adına 3 nömrəli orta məktəbin 6-cı sinif şagirdlərinin halı qəflətən pisləşib.
BAKU.WS xəbər verir ki, 10 yaxın uşaq təcili yardımla xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, sinifdə şagirdlərdən birində ürəkbulanma olub və bunu görən digər şagirdlər təşviş keçirərək, özlərində də eyni halın olduğunu düşünüblər.
Şagirdlərdə əsasən tərləmə, ürəkbulanma halları müşahidə olunub. Dərhal həmin uşaqların valideynlərinə xəbər verilib. Onlar səhhətlərində narahatlıq yaranan uşaqları xəstəxanaya çatdırblar.
Məktəblilərin son durumunu öyrənmək üçün şəhər xəstəxanasına yollandıq. Tibb ocağından bildirildi ki, müraciət edən uşaqlarda əsasən ürək bulanma müşahidə edilib. Onlarda heç bir patalogiya aşkarlanmayıb.
Uşaqların vəziyyəti stabilləşdikdən sonra hamısı evə buraxılıb.
Oxşar xəbərlər
Bakıda daha bir məktəbdə faciə – Bir şagird öldü, ikisi saxlanıldı
Bakıda daha bir məktəblinin faciəvi ölümü ilə bağlı məlumat yayılıb.“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 21-də təxminən saat 12:00 radələrində 123 nömrə...