Mingəçevir su anbarında balıqçı itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir su anbarında balıqçı itkin düşüb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
Xanabad kənd sakini, Xaləddin Sabir oğlu Kərimov qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib.
Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Axtarış zamanı X.Kərimova məxsus qayıq və digər şəxsi əşyalar tapılıb. Lakin balıqçının özündən hələlik xəbər yoxdur.
Xaləddin Kərimovun ailə üzvləri onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hazırda onun yerinin müəyyənləşdirilməsi və tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...