Milyonçu sevgilisini öldürən modelə 15 il həbs cəzası verildi (FOTO, VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
İngilis sevgilisi, milyonçu Endryu Buşu öldürən slovakiyalı model Mariya Kukuçova 15 il azadlıqdan məhrum edilib.
BAKU.WS məlumat verir ki, ötən gün baş tutan sonuncu məhkəmə prosesində hakim qərarı açıqlayarkən modelin sevgilisinə üç atəş açdığını və onun yerə düşdüyü zaman müdafiəsiz qalmasına acımadığını, sonuncü güllə ilə onu qətlə yetirdiyini bildirib.
Məlum olub ki, Kukuçova ilk atəşi sevgilisinin qoluna, ikinci atəşi beynin yan tərəfinə, üçüncüsünü isə alnının ortasına açıb.
Hakim Kukuçovanın polisləri çaşdırmaq üçün cinayəti törətdiyi tapançanı sevgilisinin sol əlinə qoyduğunu və avtomobilinə minərək, evdən ayrıldığını qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Prezidenti təhqir edən modelə həbs cəzası verildi
2006-cı il Türkiyə gözəli Merve Büyüksaraç ölkə başçısı Recep Tayyip Erdoğanı təhqir etməkdə ittiham olunur. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir...