Milli Qəhrəman olan sabiq icra başçısı dəfn edildi - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Maşallah Abdullayev Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.
***10:07
Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı Maşallah Abdullayev vəfat edib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir, Goranboy rayonunda yaşayan Milli Qəhrəman ömrünün 72-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.
Birinci Qarabağ Müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.
Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Ordusunun şəhid əsgəri Bakıda torpağa tapşırılıb - YENİLƏNİB - FOTO
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu dəfn o...