Mikroavtobusun damında qoyun daşıyır - VİDEO

Mikroavtobusun damında qoyun daşıyır - VİDEO
Video
Hadisə 1373

Heyvanların təhlükəsiz şəraitdə maşınlarda daşınmasının çox şahidi olmuşduq. Sərnişin mikroavtobusunun üstündə qoyun da aparıldığını isə ilk dəfə gördük.

BAKU.WS xəbər verir ki, tamaşaçılardan biri "XəzərXəbər”ə belə bir video görüntü göndərib və məsələni ictimailəşdirməyimizi xahiş edib. Biz də araşdırdıq ki, heyvan daşınması üçün heç bir təhlükəsizlik qaydasına cavab verməyən sərnişin mikroavtobusu hansı təhlükələrə səbəb ola bilər?

1980-ci ildə çəkilən məhşur filmdəki hadisə 27 il sonra tətkrarlandı. Bu dəfə isə qoyunlar təyyarədə yox, sərnişin mikroavtobusunun üstündə aparılır.

Görüntülər Cəlilabad-Biləsuvar yolunda çəkilib. Videonu Xəzər Xəbərə tamaşaçılardan biri göndərib. Qırmızı rəngli sərnişin mikroavtobusunun üstündə 2 yaxud 3 qoyun aparılır.

Yol hərəkəti haqda qanuna görə heyvanların daşınması xüsusi qaydada həyata keçirilməlidir. Belə avtomobilin bortu heyvanın təhlükəsiz daşınması üçün təchiz edilməlidir. Yəni video göründüyü kimi yox.

Bəs heyvan daşınması üçün heç bir təhlükəsizlik qaydasına cavab verməyən sərnişin mikroavtobusu hansı təhlükələrə səbəb ola bilər?

Yəni qoyunlardan hansınınsa yola düşməsi başqa hərəkət iştirakçıları üçün ciddi qəza risqidir. Ekspert Tural Yusifov deyir ki, belə hallarda sürücülər inzibati xətalar məcəlləsinə görə 40 manat cərimə edilir. Amma burda söhbət cərimənin məbləğindən yox, mənəvi məsuliyyətdən getməlidir.

Belə görüntülərin ictimailəşməsi qınaq yaradır və sürücülərin məsuliyyətini möhkəmləndirir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər