Məşhur istirahət mərkəzlərinin rəhbərləri cəzalandırıldı – RƏSMİ
13
iyl
2018
13:45
Xaçmazda ətraf mühiti çirkləndirən istirahət mərkəzlərinin rəhbərləri barəsində protokol tərtib olunub.Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə məlumat verilib.Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə gördüyü tədbirlərin nəticəsi olaraq Xaçmaz rayonunun Şimali kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə “Əlincə” istirahət mərkəzinin icarədarı V.Heydərov və “Sanset” istirahət mərkəzinin icarədarı R.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə, su obyektlərinin çirklənməsi və zibillənməsinə görə isə “Bulaq” istirahət mərkəzinin müdiri M.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə protokollar tərtib edilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 41 saxta din xadimi aşkarlanıb
Azərbaycanda son bir ildə 41 saxta din xadimi aşkarlanıb.BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA...