Metronun qarşısını niyə su basdı? (VİDEO)

Metronun qarşısını niyə su basdı? (VİDEO)
Video
Hadisə 1095

 

"Nizmai metrisunun yaxınlığında zədələnən kanalizasiya xətti deyil, metroda toplanan qrunt sularını kənarlaşdırmaq üçün çəkilmiş 200 mm-lik qrunt suları xəttidir".

BAKU.WS-in məlumatına görə, bunu "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, B.Məcidov küçəsində aparılan yenidənqurma işləri zamanı xətdə qəza baş verib.

"Yasamal Sukanal İdarəsi tərəfindən qəza aradan qaldırılıb. Qəza nəticəsində ətrafa axan sular qrunt suları olub", - deyə A.Cəbrayıllı əlavə edib.

Qeyd edək ki, bu gün daşan çirkli su metronun "Nizami" stansiyasının qarşısı ilə üzü aşağı axaraq üfunətli mənzərə yaradıb.

BAKU.WS 

Son xəbərlər