Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun ifşası
Ziya Bünyadov prospektindən Koroğlu istiqamətində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən boş ərazinin parklanma məntəqəsinə çevrildiyi iddia olunur.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, ərazi bir şəxs tərəfindən zəbt edilərək avtomobillərin saxlanması üçün istifadə olunur.
Ərazidə aparılan çəkiliş zamanı sahənin zəncirlə bağlandığı və burada parklanma xidmətinin göstərildiyi müşahidə edilib. Araşdırma zamanı ərazidə çalışan şəxslə söhbət aparılıb.
O bildirib ki, burada Elvin adlı şəxsin tapşırığı ilə işləyir və toplanan vəsaitdən ona gündəlik ödəniş edir. Ərazinin sahibi olduğu iddia edilən şəxs isə avtomobillərdən ödəniş alınmadığını, yalnız nəzarət edildiyini bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, sözügedən ərazidə qurum tərəfindən hər hansı parklanma təşkil edilməyib və bu fəaliyyət üçün agentlik tərəfindən icazə verilməyib.
Oxşar xəbərlər
Zərdabda maşın dirəyə çırpılıb, ölən və xəsarət alanlar var
Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Məlikumudlu kəndində baş verib. "Mercedes" markal...