Metroda qadının telefonunu oğurlayan şəxs saxlanılıb
17
dek
2022
11:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda metroda qadının telefonunu oğurlayan şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, metropolitendə Polis Şöbəsinə dekabrın 14-də metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini Seymur Süleymanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Metroda oğurluq edən şəxs saxlanıldı
Metroda oğurluq edən şəxs saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, metro stansiyaların biri...