Metroda oğurluq edən şəxs saxlanıldı

Metroda oğurluq edən şəxs saxlanıldı
Hadisə 135

Metroda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, metro stansiyaların birində Hacıqabul rayon sakini olan qadının çantasından pul qabısının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər