Metroda problem - Sərnişinin halı pisləşdi - YENİLƏNİB - VİDEO

Metroda problem - Sərnişinin halı pisləşdi - YENİLƏNİB - VİDEO
Video
Hadisə 1029

Bakı metrosunda yaranmış problemlə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, metro rəsmisinin sözlərinə görə, xəttə buraxılmış sınaq qatarında nasazlıq yarandığı üçün “Memar Əcəmi” stansiyasında köməkçi qatar verilib. Köməkçi qatardan sərnişinlər düşürülüb və sınaq qatarı xətdən çıxarılıb.

Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub.

***13:15

Bu gün Bakı metrosunda problem yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyası istiqamətində qatar tuneldə qalıb. Nəticədə sərnişinlər arasında narahatlıq yaranıb. Sərnişinlərdən birinin halı pisləşib. Onu digər sərnişinlər kömək ediblər.

Bundan başqa, həmin istiqamətdə hərəkət edən qatarlarda gecikmələr olub.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, metroda sınaq qatarı xətdə olub. Lakin ətraflı məlumat araşdırmalardan sonra veriləcək.

Oxşar xəbərlər

İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO

İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...

4886 Video 14:07 14 oktyabr 2020

Son xəbərlər