Metroda özünü qatarın altına atan gəncin fotoları yayıldı

Metroda özünü qatarın altına atan gəncin fotoları yayıldı
Hadisə 38266
"Ulduz" metro stansiyasında ötən gücə intihar edən gəncin fotoları yayılıb. BAKU.WS-in məlumatına görə, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu gənc dizayner və turizmçi kimi çalışıb. Fotolardan göründüyü kimi gənc oğlan rayonlara turlar təşkil etməklə məşğul olub. Gəncə sakini olan Rəşadın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Qeyd edək ki, "Ulduz" metro stansiyasında saat 22:10 radələrində intihar hadisəsi baş verib. Özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən qatarın altına atan şəxsin 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu olduğu məlum olub. Hadisə nəticəsində həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb. Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub.NazimBAKU.WS

Son xəbərlər