Metroda oğurluq edən cibgir ƏLƏ KEÇDİ

Bakı metrosunda cibgir tutulub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, 2 bank kartı olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb
Bakı metrosunda cibgir saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Belə ki, Metropolitendə Polis Şöbəsinə de...