Metroda 7 dəqiqəlik interval, sərnişinlər stansiyada düşürüldülər
06
mar
2025
17:59
Metropolitenin "28 May" stansiyasının tunelindəki qatarda texniki nasazlıq yaşanıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, qatar stansiyada sərnişinləri düşürərək depoya göndərilib.
Metropoliten ASC-dən veerilən məlumata görə, "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
Oxşar xəbərlər
Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmət...