Məşhur müğənni təyyarə qəzasında həlak olub
Kolumbiyanın Paypa şəhərində baş verən təyyarə qəzasında məşhur müğənni Yeison Ximenes də daxil olmaqla altı nəfər həyatını itirib. Hadisə 10 yanvar, yerli vaxtla təxminən saat 16:00-da (Bakı vaxtı ilə 01:00) baş verib.
BAKU.WS xəbər verir ki, Mülki Aviasiya İdarəsinin məlumatına görə, N325FA qeydiyyat nömrəli təyyarə "Xuan Xose Rondon" aerodromunun yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində pilot, kapitan Fernando Torres Rohas də həlak olub.
Yerli "El Tiempo" qəzeti xəbər verir ki, qəza təyyarənin Paypa hava limanından qalxmasından qısa müddət sonra baş verib. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunub.
Məlumat üçün qeyd edək ki, Yeison Ximenes 26 iyul 1991-ci ildə Kaldas departamentinin Mansanares şəhərində anadan olub və "Aventurero" və "Tenias Razon" kimi hit mahnıları ilə tanınıb.
Oxşar xəbərlər
Xaçmazda qatarın qarşısına qəfil insan çıxıb
Xaçmazda dəmir yolunu keçən şəxsi qatar vurub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndində baş verib. Belə ki, həmin kənd saki...