Məşhur türk reper Murda həbs olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məhur müğənnisi, Murda ləqəbli reper Öner Doğana həbs cəzası verilib.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, "Duman", "Eh Baba" və "Bahalı" mahnılarında narkotik maddələrdən istifadəyə təşviq etdiyi iddia edilən 37 yaşlı reper ilə bağlı məhkəmə qərar çıxarıb.
O, bəzi mahnılarında narkotikdən istifadəyə təşviq etməkdə ittiham olunduğu iş üzrə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
"Mənim "Duman" adlı iki mahnım var. Türkiyədə oxuduğum "Duman" mahnım ittihamın olduğu mahnı deyil. Mən Hollandiyada böyümüşəm. Mən o yerin mədəniyyəti ilə böyümüşəm. Bu maddələr orada sərbəst istifadə olunur. Ona görə də burada belə olduğunu düşünmürdüm." deyə o açıqlamasında bildirmişdi.
Oxşar xəbərlər
Məhkəmədən Cahangir Hacıyevi sevindirəcək QƏRAR
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və İsmayıl Hida...