"Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb

Melissa Group tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Hadisə 201

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində ev dustaqlığı buraxılması ilə bağlı təqdimata baxılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər

Azərbaycanda polkovnik vəfat etdi

Azərbaycanda polkovnik vəfat etdi

Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidov vəfat edib. BAKU.WS Bakıvaxtı.az-a istinadən xəbər ver...

93 Hadisə 22:10 29 dekabr 2025

Son xəbərlər