Bakıda daha bir məktəbli intihara cəhd etdi - Əmisinə görə...
20
may
2019
16:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda daha bir məktəbli intihara cəhd edib.BAKU.WS xəbər verir ki, A.Müzəffərov adına Saray qəsəbə 2№-li tam orta məktəbin IX sinif şagirdi Əfruz Soltanova çox sayda dərman içib.O, dərhal Sumqayıt şəhər Mərkəzi Xəstəxanaya yerləşdirilib. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirilib.Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, intihara cəhdin məktəblə heç bir əlaqəsi yoxdur. Hadisə ailə münaqişəsi zəminində baş verib. Əfruz əmisi ilə mübahisədən sonra bu addımı atıb.15 yaşlı Əfruzun anası atıb gedib, atası da vəfat edib. O, bundan əvvəl Qubada Uşaq Evində qalıb. Bir müddətdən sonra əmisi oradan götürüb öz evinə gətirib.Bütün sinif yoldaşları, müəllimlər də onun əmisi ilə probleminin olduğunu bilirmiş. Yəni əmi heç öz ailəsi ilə yola getmirmiş.Məktəbdən verilən məlumatda bildirildi ki, məktəbin direktoru Balakişiyev Fikrət hadisəni eşidən şagirdini ziyarət edib.Faktla bağlı araşdırma aparılır. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Nazir müavini intihara cəhd edən məktəblinin valideynlərini qəbul edib
Bu gün təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 109 nömrəli tam orta məktəbin şagirdi F.Ə.-nin valideynlərini Təhsil Nazirliyində qəbul edib.Bu bar...