Bakıda məktəbdə şagird özünü pəncərədən atdı - FOTO
04
apr
2019
15:09
Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi məktəbdə intihara cəhd edib.BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, şagird təcili tibbi yardımla Klinik Tibbi Mərkəzə gətirilib.Məktəbdən isə bildirilib ki, uşaq dərsin sonu özünü pəncərədən atıb.“3-cü dərsdən 4-cü dərsə keçəndə, tənəffüsdə özünü pəncərədən atıb. Qəfil hay-küy düşdü, getdik ki, qan içində yerdə uzanıb. Müəllimlər bizi tez evə göndərdilər”, - deyə şagirdlərdən biri danışır.
Digəri şagirdin sözlərinə görə, bu qız əvvəllər də bir neçə dəfə intihara cəhd edib:“Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldilər. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.Məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara tanımadığı adamlarla danışmamağı tapşırdı. Uşaqlar deyirlər ki, qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır, ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilmədi, yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.Məktəb rəhbərliyinin içəridə olmadğını əsas gətirərək mühafizəçilər bizi içəri buraxmadılar.BAKU.WS
Oxşar xəbərlər
3-cü sinif şagirdinin intihar cəhdi araşdırırılacaq - Dini Komitə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbə...