Məktəbdə şagirdə qarşı zorakılıq: Xanım direktor barəsində cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunda şagirdi döyən məktəb direktoru barəsində cinayət işi başlanılıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Qızılhacılı kəndində yerləşən 1 nömrəli orta məktəbdə qeydə alınıb.
Məlumata görə, həmin məktəbin direktoru, 60 yaşlı Məlahət Abbasova (ad və soyad şərtidir) müəllimlər otağında 10-cu sinif şagirdini fiziki zorakılığa məruz qoyub. Hadisəyə səbəb şagirdin məktəbdən kənarda digər yeniyetmələrlə dava etməsi olub.
Bildirilir ki, direktor əvvəlcə şagirdi müəllimlər otağında, insanların çox olduğu bir vaxtda danlayıb. Daha sonra isə ətrafdakı şəxslərə məhəl qoymadan şagirdi nalayiq ifadələrlə təhqir edib, onun qol və boyun nahiyələrinə zərbələr endirib. Nəticədə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Məlahət Abbasova barəsində cinayət işi açılıb.
Məhkəmə prosesində direktor "Konstitusiya və Suverenlik İli" çərçivəsində barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Goranboy Rayon Məhkəməsinin qərarı ilə Məlahət Abbasova barəsində aparılan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...