Məktəbdə BİABIRÇILIQ - Yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

Məktəbdə BİABIRÇILIQ - Yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA
Foto Video
Hadisə 5009

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən tam orta məktəbin qazanxanasında təsərrüfat işçilərinin təşkil etdiyi qonaqlıqla bağlı araşdırma başlayıb.

Bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən BAKU.WS-ə bildirilib.

"Yayılan görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.

***12:26

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən tam orta məktəbin qazanxanasında təsərrüfat işçiləri "məclis" qurub.

Bu barədə məlumat BAKU.WS-ə daxil olub.

Məlumata görə, dekabrın 30-da dərs günü olmasına baxmayaraq məktəbin qazanxanasında bir qrup təsərrüfat işçisi tərəfindən yeyib-içmək məclisi təşkil edilib. İşçilər əvvəlcə qazanxananın arxa hissəsində kabab çəkib, samovar qaynadıblar. Daha sonra isə qazanxananın daxilində süfrə açaraq nahar ediblər.

Hadisənin diqqətçəkən məqamlarından biri odur ki, bu "dırnaqarası məclis" günorta saat 12 radələrində baş tutub. Məclisdən az əvvəl isə şagirdlər dərsdən evə buraxılıb. Mənbənin bildirdiyinə görə, həmin vaxt məktəb direktoru ümumiyyətlə təhsil müəssisəsində olmayıb.

Texniki təyinatlı və təhlükəsizlik baxımından riskli sayılan qazanxana otağında "yeyib-içmək" məclisinin keçirilməsi haqlı narazılığa səbəb olub.

Sözügedən hadisə ilə bağlı kadrları təqdim edirik:

Oxşar xəbərlər

Son xəbərlər