Məhkəmə müğənni bacısını öldürən qardaşla bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində müğənni Səbinə Abbasovanın qətlində təqsirləndirilən ögey qardaşı Hüseyn Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
Məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, Hüseyn Abbasov ağır qətl hadisəsi törədib. O, 15 il əvvəl anasını qətlə yetirib və 12 il azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra o, müğənni olan ögey bacısı Səbinə Abbasovanı öldürmək qərarına gəlib.
2023-cü il noyabrın 2-də Hüseyn Abbasov bacısıgilə gələrək onu yaşadığı evin həyətində 14 bıçaq zərbəsi ilə qətlə yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Abbasov 19 il azadlıqdan məhrum edilib. O, cəzasının beş ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Oxşar xəbərlər
"Xatirələr" kafesində 25 illik konyakı içib dava saldı - Həbs olundu
Bakıda kafedə dava-dalaş salan şəxs həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə aprelin 28-i gecə saatlarında Binəqədi rayonu Məsud Dav...