Məhkəmə Bakıda gəlinini doğrayıb meyitini zibil qutusuna atan kişi barədə qərar verdi
Bakıda gəlinini xüsusi amansızlıqla öldürüb, doğrayaraq zibil qutusuna atan 79 yaşlı İdris Məhərrəmovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
İttihama görə, hadisə 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu 4-cü mikrorayon ərazisindəki mənzillərdən birində baş verib. Həmin ərazidə yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub. Faktla bağlı cinayət işi başlanılıb və iş üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.
İstintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra balta ilə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsi müəyyən edilib.
İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məhərrəmov 18 il azadlıqdan məhrum edilib. Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılıb.
Oxşar xəbərlər
Bakıda on ədəd qumbara tapıldı
Binəqədi rayonu ərazisində sursat aşkar edilib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb. Bildirilib ki, daxil olan məl...