Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat paylaşıb.
V.Eyvazzadə fəaliyyətini digər istiqamətlərdə fərqli statusda davam etdirəcəyini açıqlayıb: "Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin - yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".
Qeyd edək ki, o, bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.
Oxşar xəbərlər
ŞƏMKİRDƏ DƏHŞƏT: İki uşaq atası 8 yaşlı qıza təcavüz etdi
Qonşusunun azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Vasif Vəliyevin cinayət işi üzrə...