Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən azad edilib.
BAKU.WS "Qayanarinfo"ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətisinin Gəncə Regional İdarəsinin rəisi postundan uzaqlaşdırılıb.
Onu sözügedən idarədə rəis müavini işləyən Xəlil İbrahimov əvəz edib.
Qeyd edək ki, Pərvin Kazımov ötən ilin dekabr ayında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Xidmətin Gəncə Regional İdarəsinə rəis təyin edilmişdi.
Oxşar xəbərlər
Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir
Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. BAKU.WS Oxu....