Mədət Quliyev MTN-də yenilik etdi

Mədət Quliyev MTN-də yenilik etdi
Hadisə 1305

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası" Qanunun tətbiqinə real olaraq başlanılıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, bu proses nazirliyin rəhbərliyinin dəyişməsi ilə bağlıdır: "Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və onların ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar bu təcridxanadan indiyə kimi təmin olunmayıb". BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər