Maştağadakı Abşeron suvarma kanalında minlərlə balığın ölümü araşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron suvarma kanalının Maştağadan keçən hissəsində minlərlə balığın naməlum səbəbdən öldüyü müşahidə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Bildirilib ki, balıq tələfatı ilə bağlı monitorinqlər aparılır:
"Məsələ ilə bağlı ilkin məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sudan nümunələr götürülüb. Eyni zamanda, balıq nümunələri toplanaraq laborator müayinəyə təqdim edilib".
Qeyd olunub ki, səbəblərin müəyyənləşdirilməsi istiqamətində birgə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....